Türkiyədə saxta alkoqol zəhərlənməsindən ölən Özbəkistan vətəndaşlarının sayı 17 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, məlumatı Özbəkistanın İstanbuldakı Baş konsulluğu yayıb.
Bildirilib ki, Türkmənistanın iki vətəndaşı artıq fakt üzrə saxlanılıb.
Onlardan 50 litr spirt və saxta sənədlər götürülüb.