“Bloger-jurnalist” həbs edildi

10:45 22 Yanvar 2025

Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən bloger-jurnalist adı altında pul tələb daha bir nəfər müəyyən edilib.

Hüquqazidd hərəkətlərə məruz qalan şəxslərin müraciəti əsasında Cəlilabad rayon sakini – “Baş Kanal Media Group” adlı Yutub kanalının təsisçisi Rəşad Şahbazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər./Apa.az/



Xəbər xətti