Tramp ABŞ-ın süni intellekt infrastrukturuna 500 milyard dollar yatıracaq

13:57 22 Yanvar 2025

ABŞ prezidenti Donald Tramp özəl sektorun süni intellekt infrastrukturuna 500 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Tramp “OpenAI” şirkətinin baş direktoru Sam Altmanın, “SoftBank”ın baş direktoru Masayoşi Sonun və “Oracle”ın sədri Larri Ellisonun iştirakı mətbuat konfransı keçirib.

OpenAI, Oracle və SoftBank-ın “Stargate” adlı ortaq müəssisə quracağını açıqlayan Tramp, ortaq müəssisə ilə ABŞ-ın süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyulacağını bildirib.

Tramp sərmayəni “tarixdəki ən böyük süni intellekt infrastruktur layihəsi” olaraq xarakterizə edib və 100 mindən çox Amerikalı iş yerinin yaradılacağının gözlənildiyini qeyd edib.

Tramp bu fövqəladə qərarlarla sərmayənin reallaşmasına kömək edəcəyini deyib. 

"Çox elektrik istehsal etmək lazım olacaq və biz də onların öz obyektlərində bu istehsalı çox rahat şəkildə etmələrini təmin edəcəyik. Stargate nəhəng məlumat mərkəzlərinin tikintisi də daxil olmaqla, gələcək nəsil süni intellektə dəstək olmaq üçün fiziki və virtual infrastruktur quracaq”.

Tramp həmçinin Elon Maskın TikTok-u almasına açıq yanaşdığını bildirib: "Digər tərəfdən, Elon Maskın TikTok almasına açıq olub-olmadığını soruşduqda, Tramp, Mask və ya Oracle İdarə Heyətinin sədri Larry Ellisonun şirkəti satın alması fikrinə açıq olduğunu söyləyib. Görüşün sonunda TikTok-u telefonuna endirə biləcəyini də ifadə edən Tramp qələbəsində payı olduğunu etiraf edib:

 "Gənclərin səsini qazandıq. Düşünürəm ki, TikTok sayəsində qalib gəldim, ona görə də TikTok ürəyimdə xüsusi yer tutur"

Səid,

Sitat.info 



Xəbər xətti