İndoneziyada nəhəng vulkan püskürdü: Əhaliyə təxliyyə əmri verildi

22:40 28 Yanvar 2025

İndoneziyanın Yava adasının şərqində yerləşən 3676 metr yüksəklikdəki Semeru vulkanında püskürmə baş verib.

Sitat.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, İndoneziyanın Yava adasındakı Malanq və Lumacanq bölgələrinin sərhəddində yerləşən Semeru vulkanı yerli vaxtla saat 06:21-də püskürüb.

Püskürmə nəticəsində yaranan külün dəniz səviyyəsindən 4776 metr yüksəkliyə qalxdığını bildirib.

 Püskürmə səbəbiylə ətraf əraziyə qayaların düşə biləcəyi qeyd edərək, sakinləri vulkandan uzaq, təhlükəsiz əraziyə getməyə çağırıb.

2021-ci ildən aktiv olan Semeru vulkanı üçün xəbərdarlıq səviyyəsi ikinci mərhələdədir.



Xəbər xətti