Kolleclərdə müəllimlik ixtisası ləğv olunacaq

11:46 6 Fevral 2025

Kolleclərdə müəllimlik ixtisası tədricən ləğv ediləcək.

Sitat.info xəbər verir ki, bunu AzTV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq: “Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri yalnız ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə daha çox ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır”, - deyə nazir qeyd edib.

E. Əmrullayev əlavə edib ki, kolleclərdə ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq: “Burada iki məsələ var, müəllim sayı önəmlidir. Biz nə qədər müəllimi qəbul edirik və nə qədər müəllimə ehtiyac var? Zərurətdən 20-30 faiz çox qəbul planı olur. Çünki bütün müəllimlik ixtisasını biritrənlər müəllim işləmirlər. Hesab edirəm ki, sayları azaltmaqla müəllim ixtisasının daha rəqabətli olacaq”.  



Xəbər xətti