Azərbaycanda futbol matçları təxirə salındı

19:50 21 Fevral 2025

Futbol üzrə Azərbaycan çempionatının II Liqasının matçları təxirə salınıb.

Sitat.info xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Buna səbəb paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti olub.

PFL II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.



Xəbər xətti