Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.
Axar.az xəbər verir ki, "Araz-Naxçıvan" turnir cədvəlinin son pilləsində qərarlaşan "Səbail"lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran Naxçıvan təmsilçisi 2-ci, Bakı klubu isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
***
“Qarabağ” “Sabah”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahibləri hesabı açsa da, hesabı qoruya bilməyib.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Qarabağ" 1-ci, "Sabah" isə 33 xalla 5-ci sırada qərarlaşıb.