Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb.
Sitat.info xəbər verir ki, bu mərhələdə 95 nəfər (22 ailə) daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə köçürülüb.
Sakinlərə mənzillərin açarları təqdim edilib.
Bununla da bu günə qədər Ballıca kəndində 112 ailənin (562 nəfər) daimi məskunlaşması təmin olunub.