Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

12:50 1 Mart 2025

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.

Bu barədə Sitat.info-nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Məlumatda qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, 2 nəfər əməliyyat üçün stasionara qəbul edilib.



Xəbər xətti