Bu ölkə Avropanın hərbiləşdirilməsi planında iştirakdan imtina etdi

16:12 12 Mart 2025

Hollandiya parlamenti Avropa Komissiyasının (AK) Avropanın hərbiləşdirilməsi planında iştirakın əleyhinə səs verib.

Sitat.info bu barədə xarici mediaya istinadən məlumat verir.

Belə ki, Nümayəndələr Palatası Hollandiyanın Avropa müdafiə planlarında iştirakını 71- qarşı 73 səs çoxluğu ilə rədd edib. 

Ümumilikdə 3 partiya əleyhinə, 1 partiya leyhinə çıxış edib. 

Qeyd edək ki, bu, ötən həftə Brüsseldə Aİ hökumət başçılarının Ukrayna üzrə fövqəladə iclası zamanı planın həyata keçirilməsinə razılıq verən Hollandiyanın baş nazirini çətin vəziyyətdə qoyur. Şofun koalisiyadakı əleyhdarları hesab edirlər ki, AK-nin planı böyük maliyyə riskləri daşıyır.

Bundan əvvəl Avropanın müdafiə üzrə komissarı litvalı Andrius Kubilius Aİ ölkələrini guya müharibənin qarşısını almaq üçün müharibələrə hazırlaşmağa çağırmışdı. Onun sözlərinə görə, Rusiya guya 5 il və ya daha az müddətdə NATO ilə döyüşməyə hazır olacaq.

Nigar,

Sitat.info



Xəbər xətti