Türkiyəli aktyor vəfat etdi

20:50 13 Mart 2025

Türkiyəli aktyor Şinasi Yurtsever 51 yaşında vəfat edib.

Sitat.info  xəbər verir ki, bu barədə aktyorun dostu Zafer Alagöz paylaşım edib.

“Ailəmizin bir üzvünü də itirdik. Çox təəssüf edirəm. Başsağlığı veririk. Allah rəhmət eləsin”.

Qeyd edək ki, aktyor bir müddət idi ki, mədə xərçəngi ilə mübarizə aparırdı.

O “Avrupa yakası”, “Yabancı damat”, “Sen de gitme” və “Kardeş payı” kimi seriallarda izləyicilərin rəğbətini qazanıb.



Xəbər xətti