İstanbul, Qaziosmanpaşada Ramazan aı ilə bağlı tədbirdə çadır səhnəsinin çökməsi nəticəsində 5 nəfər yaralanıb. Səhnənin yıxılma anı anbaan kameraya düşüb.
Sitat.info xəbər verir ki, rayon bələdiyyəsinin Ramazan ayı üçün Mərkəzi Rayon Cümhuriyyət Meydanında qurduğu tədbir çadırının səhnəsi üzərində çoxlu sayda insan olub.
Uçqun nəticəsində xəsarət alan 5 nəfər tibb işçilərinin ilkin yardımından sonra xəstəxanaya aparılıb.
Polis qrupları hadisə yerində araşdırma aparıb.