Sərnişin avtobusu xəndəyə düşdü: 1 ölü, 32 yaralı

13:23 24 Mart 2025

Türkiyənin Aydın vilayətinin Kuyucak rayonunun ərazisində sərnişin avtobusu xəndəyə düşüb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 32 nəfər isə yaralanıb.

Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım xidmətinin personalı cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.



Xəbər xətti