"Rusiya Azərbaycana heyvan yemi üçün olan buğdanı ixrac edir" - Ekspert həyəcan təbili çaldı

09:03 4 Fevral 2022

"Azərbaycanda ərzaq təhlükəsizliyinə təminat yoxdur. Ölkə daxili istehsal hesabına qida məhsullarına olan təlabatının yarısını, 50 faizini ödəyə bilir. İqtisadiyyatı, xüsusilə kənd təsərrüfatı bərbad durumda olan ölkə üçün bu olduqca təhlükəli haldır".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri kənd təsərrüfatı ekspert Vahid Məhərrəmov deyib. 

O vurğulayıb ki, ölkənin ərzaq buğdasına olan təlabatının əsas hissəsi Rusiyadan idxal edilir: "Son illər Rusiyanın ixrac etdiyi taxıl məhsullarının keyfiyyəti pisləşib. Keyfiyyətin pisləşməsi səbəbindən Rusiyada ərzaq buğdası istehsalını ilbəil azalır. Bu səbəbdən də Azərbaycan kimi ölkələrə Rusiya yemlik (heyvan yemi üçün nəzərdə tutulan) buğda ixrac edir". 

V.Məhərrəmov diqqətə çatdırıb ki, ölkədə ət, süd, tərəvəz, bitki yağı, şəkər, kartof, düyü, çay istehsalı da çox ciddi şəkildə azalır və bu adda məhsulların idxalı artır. İdxal olunan ərzaq mallarının keyfiyyəti aşağı olduğu halda, istehlakçılara yüksək qiymətə təklif olunur. Ölkəyə gətirilən ərzaq mallarının keyfiyyətinə isə ciddi nəzarət sistemi yoxdur. Azərbaycan hökuməti əhalini keyfiyyətli, münasib qiymətə, fizioloji normaya uyğun qida məhsulları ilə təmin edə bilmir". 



Xəbər xətti