Ukrayna ATƏT-in təcili iclasını çağırdı

20:21 7 Aprel 2025

Ukrayna Rusiyanın Krivoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar ATƏT-in təcili iclasını çağırıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın ATƏT-dəki nümayəndəsi Yuri Vitrenko məlumat verib.

O, ATƏT-in növbədənkənar iclasının aprelin 8-də keçiriləcəyini bildirib.

Qeyd edək ki, aprelin 4-də Rusiya Krivoy Roqa ballistik raketlərlə və PUA-larla hücum edib. Nəticədə xeyli sayda insan ölüb və yaralanıb.



Xəbər xətti