Tramp prezident Ərdoğanı təriflədi: O, çox güclü və ağıllı bir insandır

08:32 8 Aprel 2025

ABŞ prezidenti Donald Tramp, Ağ Evdə soyqırım törədən Netanyahu ilə görüşündə Türkiyənin Suriyadakı rolunun əhəmiyyətini və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxşı münasibətləri olduğunu vurğulayaraq deyib: “O, çox güclü və ağıllı bir insandır”.

Sitat.info xəbər verir ki, Tramp Ağ Evdə qonaq olduğu İsrailin baş naziri Netanyahu ilə görüşündə Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Prezident Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox əhəmiyyətli olduğuna da diqqət çəkib.

 "Mənim Ərdoğan adlı bir adamla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə üzgündür, amma mən sevirəm, o, məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb", - ABŞ prezidenti deyib. 

Türkiyənin Suriyada heç kimin edə bilmədiyi şeyi etdiyini deyən Tramp bildirib ki, Ərdoğan çox güclü və ağıllı bir adamdır: "O, (Suriyada) heç kimin edə bilmədiyi bir şey etdi. Ona borc verməliyik".

Nigar,

Sitat.info



Xəbər xətti