ABŞ prezidenti Donald Trampın administrasiyası iyunun 14-də Amerika liderinin 79 yaşını qeyd etmək üçün Vaşinqton küçələrində böyük hərbi parad keçirməyi planlaşdırı.
Sitat.info xəbər verir ki, bu barədə The Hill xəbər verir.
Qeyd olunur ki, parad həm də ABŞ Ordusunun 250 illiyinə təsadüf edəcək. Bunu jurnalistlərlə söhbətində Tramp administrasiyasının yüksək rütbəli rəsmisi də təsdiqləyib.
Nəşr paradın Pentaqondan Ağ Evə qədər təxminən 6 kilometr uzanacağını paylaşıb. Bu Tramp administrasiyasının “əvvəlki illərlə müqayisədə ordunun imkanlarının əhəmiyyətli dərəcədə artdığını” vurğulamaq istədiyindən doğur. Tədbirin planlaşdırılması 2024-cü ildə başlayıb və o vaxtdan etibarən tədbir genişlənib və iştirakçı bölmələrin sayı artıb.
Həmçinin Vaşinqtonun yerli hakimiyyət orqanlarının planlaşdırmada iştirak etdiyi, ordu və şəhər mühəndislərinin marşrut kəşfiyyatı apardığı da paylaşılıb.
Nigar,
Sitat.info