23 nəfər imtahanda maksimum nəticə göstərdi

16:14 10 Aprel 2025

Martın 2-də keçirilmiş buraxılış imtahanın iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Sitat.info-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.

Qeyd edək ki, 9 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftənin sonunadək elan olunması nəzərdə tutulur.



Xəbər xətti