Misir Mərdanov müəllimlərin etirazına belə rekasiya verdi: "10-15 ildir ki..."

19:56 10 Aprel 2025

Xəbər verdiyimiz kimi, ötən ay 100-ə yaxın musiqi müəllimi attestasiya imtahanlarına etiraz olaraq Mədəniyyət Nazirliyinin qarşısında toplaşmışdı.

Müəllimlər onlara imtahandan öncə, işdən çıxarılmayacaqları ilə bağlı vəd verildiyini, lakin aşağı nəticə göstərənlərin işdən uzaqlaşdırıldığını bildirmişdilər. Məsələ ilə bağlı Nazirlikdən hər hansı açıqlama olmadı.

Sitat.info olaraq bu mövzuda sabiq təhsil naziri Misir Mərdanovun fikirlərini öyrənməyə çalışdıq.

M.Mərdanov cavab verməkdən imtina edərək, hazırki sistemdən xəbərsiz olduğunu bildirdi:

"10-15 ildir ki, bu sahədən uzağam. Necə, hansı formada imtahan keçirilir, xəbərim yoxdur. Bu barədə nəsə deyə bilmərəm..."

Səid

Sitat.info



Xəbər xətti