Gürcüstan prezidenti bu tarixdə Azərbaycana gəlir

21:00 11 Aprel 2025

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Azərbaycandan sonra Gürcüstan Prezidentinin Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.



Xəbər xətti