AKP və CHP ciddi səs itirdi - Son sorğu

15:36 12 Aprel 2025

Türkiyədə keçirilən son sorğu ictimai müzakirələrə yol açıb.

Sitat.info xəbər verir ki, “Asal” Araştırma Mərkəzi 26 vilayətdə “Türkiyənin problemlərini hansı partiya həll edə bilər” sualı ilə sorğu keçirib.

2,5 min insanın qatıldığı sorğuda respondentlərin 39,5 faizi “heç biri” cavabını verib.

AKP cəmi 21,4%, CHP isə 17% dəstək alıb.

Digər partiyalar isə daha aşağı nəticə göstərib: DEM - 3.5%, MHP - 2.9%, İYİ – 2%, Zəfər Partiyası – 1,8%, Yenidən Rifah – 1,6%, digərləri ümumilikdə 1,9%.

Respindentlərin 8%-i fikir bildirməkdə çətinlik çəkib.



Xəbər xətti