Ukraynaya məxsus F-16 vuruldu: Pilot həlak oldu

17:26 12 Aprel 2025

Bu gün Ukrayna Hərbi Hava Qüvvələrinin 21 yaşlı pilotu Pavel İvanov F-16 qırıcı təyyarəsi ilə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, F-16 pilotları hazırda çox çətin şəraitdə döyüş tapşırıqları yerinə yetirirlər və Pavel İvanov da onlardan biri olub. Hadisənin təfərrüatı araşdırılır və bununla bağlı nazirliklərarası komissiya fəaliyyətə başlayıb



Xəbər xətti