“Zəngəzur dəhlizinin açılmasını niyə istəmirlər?” - Yenilənib

14:12 15 Aprel 2025

“Zəngəzur dəhlizi cəmi 40 km-lik məsafədir, amma 40 ildir ki bağlıdır”.

Sitat.info  xəbər verir ki, bunu deputat Erkin Qədirli TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında bildirib.

“Başlıca səbəb Ermənistandır. Amma bunu istəməyən başqa ölkələr də var. O yolun açılmasını niyə istəmirlər? O yolun Turan yolu olduğunu anladıqlarına görə istəmirlər. İpək yolu adlandırılan çox qədim ticarət yolunun təhlükəsizliyini türklər qoruyub”, - deyə, millət vəkili əlavə edib.

***

Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sözçüsü Zuhal Karakoç Dora isə çıxışında bildirib ki, yerli və milli müdafiə bazamızı ortaq layihələrlə paylaşmağa, təhsil, iş birliklərimizlə qüvvələrəmizin də fəaliyyətini artırmağa hazırıq.

“Eyni dili danışan, eyni coğrafiyaya mənsub dövlətlərimizin təhlükəsizliyi bir-birindən ayrı düşünülməməlidir. Bu baxımdan, parlamentlərimiz arasında hazırda davam edən və qurulacaq olan daimi müdafiə mexanizmlərimiz ortaq təhlükəsizlik siyasətinin təminatı olacaq. Milli iradəni təmsil edən məclislərimiz türk dünyasının bu vəzifəni də öhdəsinə götürməyə davam edir”, -deyə Zuhal Karakoç Dora bildirib.



Xəbər xətti