Erməni səfir İran XİN-də: nələr müzakirə olundu?

14:28 15 Aprel 2025

 

Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İran xarici işlər nazirinin müavini, Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Səid Xatibzadə ilə görüşüb.

Sitat.info xəbər verir ki, tərəflər ekspert səviyyəsində dialoqun daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin Diplomatik Məktəbi ilə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzi arasında mövcud əməkdaşlıqdan bəhs ediblər və birgə proqramların təşkili və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.

Görüşdə həmçinin arxiv sənədlərinin mübadiləsi sahəsində əməkdaşlıq məsələləri də gündəmə gətirilib.

 



Xəbər xətti