Rusiyanın İsveçdəki səfirliyi vandalizm aktına məruz qalıb

15:00 15 Aprel 2025

Rusiyanın Stokholmdakı səfirliyinə qarşı vandalizm hərəkəti törədilib.

Sitat.info -nun verdiyi məlumata görə, bu barədə diplomatik missiyanın mətbuat xidməti xəbər verib.

Bildirilir ki, naməlum şəxslər diplomatik missiyanın inzibati binasının mərkəzi girişi qarşısına, həmçinin səfirlik ərazisində yerləşən və rusiyalı diplomatların uşaqları üçün məktəbin olduğu yaşayış kompleksinin qarşısına boya ilə dolu qablar atıblar.

Səfirlik əməkdaşları baş vermiş hadisə barədə dərhal İsveç polisini məlumatlandırıb və hərtərəfli araşdırma aparılmasını tələb ediblər.

Bundan əlavə, Rusiya tərəfi İsveç Xarici İşlər Nazirliyinə etiraz notası göndərib və qəbul edən tərəfin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq öhdəliklərini ciddi şəkildə yerinə yetirməsinin vacibliyini xatırladıb. Bu beynəlxalq müqaviləyə əsasən, İsveç Rusiya səfirliyinin toxunulmazlığını və təhlükəsizliyini təmin etməlidir.



Xəbər xətti