İranlı diplomat Omanda qızıl qələm oğurladı – İnanılmaz

15:24 15 Aprel 2025

 

Aprelin 12-də Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar zamanı iranlı diplomat, xarici işlər nazirinin müavini Kazım Qəribabadi masa üzərində olan 15 min dollarlıq qızıl qələmi oğurlayıb.

Sitat.info xəbər verir ki, bu barədə xarici media və İranın müxalif sosial media platformalarında məlumat yayılıb.

İranın Maskatdakı səfiri Musa Fərhəng yayılan məlumatları təkzib edib və danışıqlar zamanı masa üzərində qələm olmadığını deyib.

Qələm oğurluğu barədə məlumatın yayılmasından sonra İran mediası hadisənin oğurluq olmadığını və Qəribabadinin səhvən qələmi cibinə qoyduğunu bildirsə də, sonradan məlumatın tamamilə əsassız olduğunu və bunu müxalif qüvvələrin uydurduğunu yazıb.

 



Xəbər xətti