İran nüvə proqramını ləğv etməyəcək – Arakçı

15:47 15 Aprel 2025

Tehran nüvə proqramını məhdudlaşdırmağa razı olmayacaq, lakin MAQATE-yə nüvə obyektlərinə çıxışı təmin etməyə hazırdır.

Sitat.info "Tehran Tayms”a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı aprelin 12-də Omanda ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla dolayı danışıqlar zamanı deyib.

Arakçı vurğulayıb ki, İran heç bir halda nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacaq:

“Lakin MAQATE Tehranın nüvə obyektlərinə giriş icazəsi veriləcək yeganə təşkilat olacaq”.

Nəşrin məlumatına görə, danışıqlar zamanı tərəflər arasında 10-a yaxın yazılı informasiya mübadiləsi aparılıb:

“İran nümayəndə heyətinin mesajlarında danışıqların davam etdirilməsi üçün ümumi çərçivə razılaşmasının əldə olunmasının zəruriliyi və Vaşinqtonun Tehranın təklifini qəbul etməməsi halında İranın növbəti görüşdə ABŞ-ın alternativ baxışını gözləyəcəyinə işarə edilib”.



Xəbər xətti