Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

16:20 15 Aprel 2025

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sitat.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.



Xəbər xətti