Pakistanda bombalı hücum, ölənlər var

16:52 15 Aprel 2025

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində bombalı hücum olub.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis ölüb, 19 nəfər isə yaralanıb.

Ölkənin Baş naziri Şahbaz Şərif hücumu pisləyib və terrorla mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Hücumun Bəlucistan Azadlıq Ordusu tərəfindən həyata keçirildiyi bildirilib.



Xəbər xətti