Neftimiz ucuzlaşdı

10:24 16 Aprel 2025

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Sitat.info  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0.64% azalaraq 67,14 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 67,57 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.



Xəbər xətti