Şabranda çay daşıb.
Sitat.info Bakupost.az-a istinadla xəbər verir ki, Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub. Fövqaladə vəziyyət Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində baş verib.
Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.
Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.