Ceyranbatanda evi su basdı, Ramanada küçələr keçilməz oldu - "Aidiyyatı qurumlar köməyə gəlmir" - VİDEO

09:58 18 Aprel 2025

Dünən yağan yağış paytaxt Bakıda və bölgələrimizdə bir sıra fəsadlara yol açıb. Yağış suları küçələri keçilməz edib, zirzəmiləri su basıb.

Zərrəçəkən sakinlər "Sitat.info"-nun elektron poçtuna videolar göndəriblər. 

Təqdim etdiyimiz video Sabunçu rayonun, Ramana qəsəbəsi, Ramiz Mirişli küçəsi və ABşeron rayonu və Ceyranbatan qəsəbəsi Azad Mirzəzanzadə küçəsindən qeydə alınıb.

Sakinlər bildirilər ki, hər il bu cür vəziyyət yaşansa da, aidiyyatı qurumlar tərəfindən nə yağışdan öncə, nə də sonra  tədbir görülmür. 

Həmin videonu təqdim edirik:

Aytac,

Sitat.info



Xəbər xətti