Ötən gün 66,60 dollara kimi bahalaşan Brent nefti günü 65,78 dollarla bağladı.
Sitat.info xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:32-ə olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,15 faiz artaraq 65,88 dollara çatıb.
Eyni zamanda WTI markalı xam neftin bir barreli 62,79 dollara alınıb.
ABŞ Prezidenti Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Paueli tənqid etməsi və ABŞ-ın ticarət siyasətləri ilə bağlı qeyri-müəyyənliklərdən doğan narahatlıq qiymətlərin qalxmasına təsir edir.
Nigar,
Sitat.info