Ağstafada canavarlar 50 baş qoyunu parçaladı

21:39 25 Aprel 2025

Ağstafada canavarlar fermerin qoyunlarını parçalayıb.

Hadisə rayonun Tatlı kəndində baş verib.

Heyvandarlıqla məşğul olan Elsevər Məmmədovun fermasına hücum edən yırtıcılar təsərrüfatda olan 80-nə yaxın xırdabuynuzlu heyvanın 50 başını parçalayıb.

Canavarlar 3 baş qoyunu tam yeyiblər, digərlərini öldürüb və yaralayıblar.



Xəbər xətti