Ağdaşda ağır qəza: ölən var

10:26 26 Aprel 2025

Ağdaş rayonunda yol qəzası olub, ölən var.

Sitat.info  xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşub.

Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti