Zelenski İstanbul danışıqlarına getmək üçün şərtini açıqlayıb

08:51 14 May 2025

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib.

Sitat.info xəbər verir ki, Zelenskinin yeganə şərti danışıqlarda Vladimir Putinin də şəxsən iştirak etməsidir.

Zelenskinin sözlərinə görə, şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir.

O bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir.

 



Xəbər xətti