Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrailin gecə boyu Qəzza zolağının cənub və şimalındakı fələstinlilərin evlərini hədəf aldığını bildirib.
Sitat.info xəbər verir ki, məlumata görə, İsrail ordusu müxtəlif bölgələrdə köçkünlərin yaşadığı mülki evləri və qaçqın düşərgələrini hədəf alıb.
Bu hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 65 nəfər həyatını itirib.
Çox məhdud imkanlara malik xilasecidilər dağıntılar altında qalanlara yardım etməyə= çalışarkən, həyatını itirənlərin cəsədləri və yaralılar Əl-Avda Xəstəxanası və İndoneziya Xəstəxanasına aparılıb.
Nigar,
Sitat.info