İran XİN: “Azərbaycana səfir təyinatı prosesi son mərhələdədir”

12:22 14 May 2025

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Azərbaycan arasında münasibətlərin son vəziyyəti və səfirin təyinatı prosesi ilə bağlı danışıb. 


Sitat.info “Tasnim News”a istinadən xəbər verir ki, Bəqai səfir təyinatı prosesinin son mərhələdə olduğunu deyib: "Azərbaycanla əlaqələrin normallaşması prosesini nəzərə alaraq, lazımı addımlar atılıb və səfirin təyinatı prosesi son mərhələdədir”.

Bəqai qeyd edib ki, İranın Azərbaycanla münasibətləri hər zaman normal və dostluq çərçivəsində olub.

Aytac,

Sitat.info



Xəbər xətti