İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
O, bu barədə feybuk hesabında yazıb.
"Əziz dostlar.
Səhhətimlə əlaqədar olaraq, aprel ayının 1-dən öz xahişimlə İmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılmışam. Yaxın dostlar, çevrəm bundan xəbərdardır. Hazırda ev şəraitində müalicə alıram. Bir neçə gündən sonra isə əməliyyat olunacam.
Mənə etimad göstərərək bu vəzifəyə təyin edın cənab başçı Elçin Rzayevə təşəkkür edirəm. İmişli RİH kollektivinə uğurlar arzu edirəm".
Qeyd edək ki, Ruslan Eldaroğlu uzun illər televiziyada və müxtəlif dövlət qurumlarında çalışıb. Sitat.info olaraq həmkarımıza şəfalar diləyirik.
Aytac,
Sitat.info