Rusca danışan məktəb direktoru işdən qovuldu

17:12 14 May 2025

 

Kiyevdə məktəb direktoru rus dilindən istifadə etdiyinə görə işdən azad olunub.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın təhsil üzrə ombudsmanı Nadejda Leşik Feysbuk hesabında yazıb.

"Təhsil müəssisələrindən birinin rəhbərinin rus dilində ünsiyyət qurması ilə bağlı valideynlərdən kollektiv müraciət aldım. Valideynlər, o cümlədən hərbçilər bildiriblər ki, müəssisənin direktoru vəzifə səlahiyyətlərini icra edərkən rus dilindən istifadə edir, dövlət dilindən istifadə edilməsinin zəruriliyi ilə bağlı dəfələrlə edilən iradlara məhəl qoymur və bunu onun üçün belə danışmağın daha rahat olması ilə əsaslandırır", - deyə o əlavə edib.

 



Xəbər xətti