Millimizin Ukrayna ilə matçının yeri məlum oldu

18:44 14 May 2025

 

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Sitat.info xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, qrupda Fransa və İslandiya seçmələri də yer alıb.

 



Xəbər xətti