Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis edildi

12:10 15 May 2025

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis olunub.

Sitat.info xəbər verir Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Yeni medal fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkili, inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə təqdim ediləcək. Həmçinin mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərində fəal iştirak edən şəxslər də bu medalla təltif ediləcəklər.

Təltif prosesini isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək.

Əsasnaməyə görə, medal döşün sol tərəfinə taxılır və digər dövlət mükafatları ilə birgə istifadə olunduqda, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)” yubiley medalından sonra yerləşdirilir.

Yubiley medalı bürüncdən tökülmüş, diametri 38 mm olan qızılı rəngli səkkizguşəli ulduz formalı metal lövhədən ibarətdir.

 



Xəbər xətti