“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın apellyasiya şikayətinə baxılıb.
Teleqraf xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Teymur Kərimovun apellyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Teymur Kərimovun şikayəti qismən təmin edilib. Onunm cəzası 1 il azadlıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Kərimov 8 il müddətinə azadlıqdan mərhum edilib. İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 70- (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələb etməkdə təqsirli bilinirlər.
İstək Totiyevanın barəsində cinayət işi başlanılıb. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Leyla Gülməmməd qızı Almaszadə və Fərrux Yaşar oğlu Ələkbərov zərərçəkmiş qismində tanınıblar.