Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib

16:06 15 May 2025

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı barədə paylaşım edib.

Sitat.info Baş nazirin "X" hesabına istinadən xəbər verir ki, o, Pakistan - Azərbaycan qardaşlığından danışıb.

Ş.Şərif son baş verən böhran zamanı Azərbaycanın Pakistana göstərdiyi qətiyyətli dəstəyə görə dərin təşəkkürünü bildirib.

“Azərbaycan xalqının və rəhbərliyinin göstərdiyi böyük dəstək bütün dünyaya göstərdi ki, Pakistan və Azərbaycan həqiqi qardaş ölkələrdir", - deyə paylaşımda qeyd olunub.

Bundan başqa, Şahbaz Şərif Prezident İlham Əliyev Pakistana rəsmi səfərə dəvət edib.



Xəbər xətti