“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Ağdam rayonu, Ağdam şəhərinin 2-ci mərhələ yaşayış məhəllələri üzrə transformator məntəqəsinin tikinti-quraşdırma işləri ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Sitat.info xəbər verir ki, ləğvetmə qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 2 547 024 AZN olub.