İsrailin Qəzzaya hücumlarında dünən 140 fələstinli həlak olub

09:10 19 May 2025

 İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağına davam etdirdiyi hava hücumları nəticəsində 140 fələstinli həyatını itirib, çoxlu sayda yaralı var.

Sitat.info xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata görə, mülki əhalini hədəf alan hücumları davam etdirən İsrail, son olaraq Qəzzanın şimalındakı Əs-Saftavi məhəlləsində bir fələstinli qrupu hədəf alıb. Hücum nəticəsində 8 nəfər həyatını itirib, çoxlu sayda insan isə ağır yaralanıb.

Ötən gün səhər saatlarından etibarən 140 nəfər həyatını itirib, onlarla insan, o cümlədən qadın və uşaqlar yaralanıb. İsrail ordusu hücumlarda yaşayış məntəqələrini, mülki əhalinin toplaşdığı yerləri və köçkünlərin yerləşdiyi çadırları hədəf alıb.

İsrail 7 oktyabr 2023-cü il tarixindən bəri davam etdirdiyi Qəzzaya hücumlarını ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri ilə daha da gücləndirib.

Tehran,

Sitat.info

 



Xəbər xətti