Baydenə xərçəng diaqnozu qoyuldu

08:50 19 May 2025

ABŞ-ın keçmiş prezidenti Co Baydenə "aqressiv" prostat xərçəngi diaqnozu qoyulduğu bildirilir.
Sitat.info xəbər verir ki, onun səhhətinin vəziyyəti ilə bağlı Denin ofisindən yazılı açıqlama verilib.

Açıqlamada Baydenin keçən həftə sidik ifrazı əlamətləri və prostat düyününün aşkarlanmasından sonra həkimlər tərəfindən müayinə olunduğu, mayın 16-da cümə günü ona prostat xərçəngi diaqnozunun qoyulduğu bildirilib.

Baydenin xərçəng hüceyrələrinin 1-dən 10-a qədər olan miqyasda necə göründüyünü ölçən Gleason balında 9 bal olduğu qeyd edilib. Ailəsi ilə müalicə variantlarını müzakirə etdiyi və tezliklə müalicəyə başlayacağı da ictimaiyyətlə açıqlanıb.  
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Baydenin tezliklə sağalmasını arzulayıb.

"Melaniya və mən Co Baydenin son tibbi diaqnozunu eşidəndə çox kədərləndik. Cill  və onun ailəsinə ən səmimi və ən xoş arzularımızı çatdırırıq və Coya tezliklə sağalmağı arzulayırıq", - Tramp açıqlamasında bildirib. 

Səid,

Sitat..info



Xəbər xətti