SOCAR-dan Sumqayıtdakı partlayışla bağlı açıqlama

15:05 20 May 2025

20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Bu barədə  Sitat.info-ya SOCAR-dan bildirilib.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib. "Hadisənin başvermə səbəbi araşdırılır", - məlumatda qeyd olunur.



Xəbər xətti