“Ukrayna ilə sülh sazişi imzalanarkən (Prezident) Volodimir Zelenskinin legitimliyi məsələsi prinsipial əhəmiyyət kəsb edəcək”.
Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“İmzalanmaya gəldikdə, legitimlik məsələsi həlledici əhəmiyyət kəsb edəcək, çünki legitimlik yoxdursa, onları əvəz edənlər əldə edilmiş razılaşmanı şübhə altına ala bilərlər”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.