Rusiyadan NATO-ya cavab: Şoyqu Moskvanın MÜHÜM addımını açıqladı!

17:12 20 May 2022

Məlum olduğu kimi, Rusiyadan son dəqiqə bəyanatında, Mariupol bölgəsində müqavimətin son qalası olaraq görülən və uzun müddətdir əsgərləri tərəfindən mühasirədə olan Azovstal Polad Zavodundan 1900-dən çox Ukrayna əsgərinin təslim olduğu açıqlanıb.

SİTAT.İNFO xarici mediaya istinadən bildirir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün "Luqansk Xalq Respublikasının azad edilməsi başa çatmaq üzrədir” sözləri ilə Ukraynanın separatçı Luqansk vilayətinə tam nəzarətin qaçılmaz olduğunu açıqlayıb.

Nazir həmçinin bildirib ki, Moskvanın nəzarətində olan Mariupol liman şəhərində yerləşən Azovstal polad zavodunda 1908 ukraynalı əsgər təslim olub.

İsveç və Finlandiyanın NATO-ya müraciətləri ilə bağlı müzakirələr davam edərkən, nazir Şoyqu Moskvanın NATO-nun genişlənməsinə cavab olaraq Rusiyanın qərbində hərbi bazalar quracağını açıqlayıb. İlin sonuna qədər Qərb Hərbi Dairəsində 12 hərbi hissə yaradılacaq”,deyə - Şoyqu bildirib.

Rusiyanın Ukraynada hücumları davam edərkən, Rusiya ordusu ölkə daxilində mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir.

Rusiya ordusu Ukraynanın Luqansk vilayətini yenidən hədəfə alıb. Hücum nəticəsində bir çox mülki yaşayış məntəqəsi zərər görsə də, 13 mülki vətəndaş həyatını itirib.

Hücumdan sonra Luqansk qubernatoru Sergey Qayday sosial media hesabından "Düşmən Luqansk və Severodonetsk yaxınlığında hücumlarını davam etdirir. Severodentskdə 12 mülki vətəndaş, Hirskedə 1 mülki olmaqla 13 nəfər həyatını itirib" deyə açıqlama verib.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti